Sabah Bakının bu rayonunda qaz kəsiləcək

Sabah Bakının bu rayonunda qaz kəsiləcək İqtisadiyyat


Sabah Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsinde yeraltı orta təzyiqli qaz kəmərindən ayrılan qaz xəttində sızmanın aradan qaldırılması məqsədi ilə iyunun 21-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz"dan bildirilib.

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Nəsibbəy Yusifbəyli, Mirəli Qaşqay, Salatın Əsgərova, Şamil Əzizbəyov, İzzət Həmidov, Plotnikov, Kaveroçkin, Dağıstan, Ənvər Qasımzadə, Eldar Tağızadə küçələrinin, Azadlıq və Vaqif prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.