Melaniya Trampın geyimlərinin İNANILMAZ SİRRİ - Boşanmaq üçün...
    • 14-08-2018, 12:11
    • 2 106

Melaniya Trampın geyimlərinin İNANILMAZ SİRRİ - Boşanmaq üçün...

ABŞ-ın birinci xanımı Melaniya Tramp prezident Donald Trampdan boşanmaq üçün gün sayır.

Bu iddia Donald Trampın keçmiş köməkçisi Omarosa Nyuman tərəfindən qaldırılıb.

Nyuman Ağ Evdə keçirdiyi günlərdən bəhs edən “Unhinged” adlı kitabında Melaniyanın həyat yoldaşını cəzalandırmaq üçün passiv və aqressiv ruh halını ortaya qoyan geyimlər seçdiyini qeyd edib.

Melaniya Trampın qaçqınların düşərgəsinə gedərkən geyindiyi, üzərində “Doğrudan da vecimə deyil” yazısı olan və geniş mübahisələr doğuran gödəkçəsi də elə bu məqsədə xidmət edirmiş. Tramp qaçqınlarla bağlı öz səhvlərini düzəltmək üçün həyat yoldaşını məcburi şəkildə qaçqınların düşərgəsinə aparıb. Melaniya da bu məcburiyyətə cavab olaraq “Gerçəkdən də vecimə deyil” sözləri ilə cavab verib.



İddialara görə, ABŞ-da növbəti prezident seçkiləri start götürəndə Melaniya Donaldı boşayacaq.

Ağ Evdə az sayda afro-amerikalılardan biri olan Nyuman Trampın seçki kampaniyasında iştirak etmiş və seçkilərdən sonra prezidentin köməkçisi olmuşdu. O, Trampı irqçilikdə ittiham edərək işindən ayrılıb.

//Publika