Sevil Əliyevanın oğlu bu məşhurun nəvəsi ilə ailə qurub

Sevil Əliyevanın oğlu bu məşhurun nəvəsi ilə ailə qurub Gündəm


Ötən gün Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib.

Onun "Pasha Holding"ə məxsus "Pashabank"da işlədiyi bildirilir.

Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və Sabir Rüstəmovun nəvəsidir.