Türkiyə MN-dən İranın ABŞ bazalarına hücumuna reaksiya

Türkiyə MN-dən İranın ABŞ bazalarına hücumuna reaksiya Gündəm

İranın Qətər və İraqda yerləşən ABŞ bazalarına raket hücumları ilə əlaqədar olaraq bölgədə yerləşən qoşunlarımızda mənfi hal baş verməyib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edək ki, ABŞ-ın İrana zərbələrinə cavab olaraq, Tehran Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələri endirib.