Təyyarə ilə helikopter toqquşdu - 7 NƏFƏR ÖLDÜ
    • 26-08-2019, 15:03
    • 724

Təyyarə ilə helikopter toqquşdu - 7 NƏFƏR ÖLDÜ

Təyyarə ilə helikopter toqquşub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İspaniyada yaşanıb. Malyorka adasında baş verən qəza nəticəsində 7 nəfər dünyasını dəyişib. Onlardan ikisinin təyyarədə, digərlərinin isə helikopterdə olduğu bildirilib. 

Qeyd edək ki, ölənlərdən 4-ü bir ailənin üzvü olub. 

Hadisə ilə bağlı araşdırmaq aparılır.