Dollarla bağlı kritik QƏRAR - Valyuta dəyişir

Dollarla bağlı kritik QƏRAR - Valyuta dəyişir İqtisadiyyat

Dollar son üç ilin ən aşağı səviyyəsinə enib.

News24.az xəbər verir ki, ABŞ valyutası – dollar son üç ilin ən aşağı səviyyəsinə enib. Bu kəskin ucuzlaşma “Wall Street Journal”ın dərc etdiyi məqalədən sonra sürətlənib. 

Məqalədə ABŞ Prezidenti Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha tez azaltmağa çağırır və hazırkı sədr Jerom Pauellin növbəti aylarda, yəni rəsmi müddətinin bitməsinə hələ qalmasına baxmayaraq, əvəzlənməsi ideyası ilə oynayır.

Dollar il ərzində 10%-dən çox dəyər itirib. Əgər bu vəziyyət yaxın günlərdə də davam etsə, bu, sərbəst üzən valyutalar dövründə – yəni 1970-ci illərin əvvəllərindən bəri dolların ilk yarımillikdə yaşadığı ən böyük eniş kimi tarixə düşəcək.

Avropanın aparıcı STOXX 600 indeksində gün ərzində 0,2%-lik artım qeydə alınıb. MSCI-nin dünya üzrə səhmləri əhatə edən göstəricisi isə 0,4% bahalaşaraq ilin əvvəlindən bəri təxminən 8%-lik ümumi artım tempini qoruyub.

Dolların zəifləməsi fonunda avro 0,6% möhkəmlənərək 1,173 dollara çatıb. Bu, 2021-ci ildən bəri avronun ən güclü göstəricisidir və bazarlarda Avropa valyutasına marağın artdığını göstərir.

Aqil