Putin Minskdə: - İclas başladı
Gündəm
Minsk şəhərindəki Müstəqillik Sarayında Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası başlayıb.
News24.az xəbər verir ki, tədbirdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Qırğızıstan Prezidenti Sadır Japarov iştirak edirlər.
Ermənistanın Baş naziri Nikol Paşinyan görüşə videobağlantı vasitəsilə qatılıb.