Instagram-da - yeni bir dövr BAŞLAYIR

Instagram-da - yeni bir dövr BAŞLAYIR Maraqlı

Populyar sosial media platforması olan Instagram, digər istifadəçilərin paylaşımlarını yenidən paylaşmağa imkan verən yeni bir xüsusiyyəti test etməyə başlayıb. Bəs Instagram RT (repost) xüsusiyyəti nədir və necə işləyir?

Instagram-a əlavə edilən bu yeni  funksiya sayəsində istifadəçilər bəyəndikləri paylaşımları öz profillərində birbaşa yenidən paylaşa biləcəklər. Bu xüsusiyyət, “X” (əvvəlki Twitter) platformasındakı "retweet" funksiyası ilə eyni prinsiplə işləyir və məzmunun sürətlə yayılmasına şərait yaradır.

Instagram-da repost funksiyası necə istifadə olunur?

1. Paylaşmaq istədiyiniz məzmunun altındakı repost simvoluna klikləyin.

2. Seçilən paylaşım birbaşa sizin izləyicilərinizlə yenidən paylaşılacaq.

3. Repost edilmiş məzmunlar sizin profilinizdə ayrıca bir “Repost” bölməsində görünəcək.

Bu yenilik istifadəçilərə  yüksək qarşılıqlı əlaqə və geniş auditoriyaya çıxış imkanı təqdim edir. Bundan əlavə, istifadəçilər sevdikləri məzmunları daha asan və sürətli şəkildə paylaşa biləcəklər.