TƏBİB-dən 15 yaşlı qızla bağlı - AÇIQLAMA
Sosial
23.06.2025-ci il tarixində 2009-cu il təvvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidən (TƏBİB)
News24.az-a verilən məlumata görə, əməliyyatdan sonra xəstə tam ayılmış və adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və zəruri tibbi yardımlar göstərilib.
26.05.2025-ci il tarixində pasiyentdə anidən qanaxma baş verib.
Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:35 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib.