ABŞ-da böyük QADAĞA

ABŞ-da böyük QADAĞA Dünya


ABŞ Prezidenti Donald Tramp ölkədəki kütləvi iğtişaşlarla əlaqəli olan təşkilatlara dövlət vəsaitlərinin verilməsini dayandırmağı tapşırıb.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media hesabında yazıb.

“Mən administrasiyama qanunvericilikdən asılı olmayaraq radikal qruplara heç bir vəsait verilməməsi barədə göstəriş verirəm”, – paylaşımda deyilir.

O, bu qrupları “şəhərləri yandırıb-dağıtdıqdan sonra yenidən qurmaq üçün dövlət büdcəsindən pul almağa çalışanlar” adlandırıb və sərt şəkildə əlavə edib:

“Artıq pul yoxdur!”