Tramp: Tehran dinc dayansa…
Dünya
ABŞ Prezidenti Donald Tramp “Tehranın dinc dayanacağı təqdirdə” İrana qarşı sanksiyaları ləğv edəcəyinə söz verib.
Teleqraf xəbər verir ki, o, Fox News-a açıqlamasında belə deyib.
ABŞ Prezidenti bildirib: “Əgər onlar öz işlərini görsələr, sülhsevər ola bilsələr və bizə daha heç bir zərər verməyəcəklərini göstərsələr, o zaman sanksiyaları ləğv edərəm”.