İlqar Həsənov həbsdə - ÖLDÜ

İlqar Həsənov həbsdə - ÖLDÜ Hadisə

Bakıda istintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb.

News24.az xəbər verir ki, hadisə dünən saat 18 radələrində Penitensiar Xidmətin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında baş verib.

Təcridxanada saxlanılan Bakı şəhər sakini 1985-ci il təvəllüdlü İlqar Mirağa oğlu Həsənovun səhhəti qəfil pisləşib və vəfat edib.

İ.Həsənovun yüksək qan təzyiqindən öldüyü bildirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.