Dünya çempionatı bu ölkədə keçiriləcək

Dünya çempionatı bu ölkədə keçiriləcək İdman

Futbol üzrə klublararası dünya çempionatı 2029-cu ildə Qətərdə təşkil edilə bilər.

News24.az Offsideplus.az-a istinadən xəbər verir ki, bununla bağlı Qətərin müvafiq qurumu FIFA-ya rəsmi müraciət ünvanlayıb.

Əgər FIFA-dan müsbət cavab alınarsa, o zaman dünya çempionatı payız-qış aylarında keçiriləcək.

Qətərdə 2022-ci ildə milli komandalar arasında dünya çempionatı məhz noyabr-dekabr aylarında baş tutmuşdu.

2029-cu ildə klublararası dünya çempionatını təşkil etmək üçün Braziliya da iddialıdır.

Qeyd edək ki, sözügedən yarış ilk dəfə 32 klubun iştirakı ilə hazırda ABŞ-da keçirilir.