"İcra başçısının oğlunun təyinatı ilə bağlı məlumatlar doğru deyil" - BŞBPİ
    • 27-08-2019, 15:32
    • 1 644

"İcra başçısının oğlunun təyinatı ilə bağlı məlumatlar doğru deyil" - BŞBPİ

Bakı şəhər Baş Polis İdarəsi icra başçısının oğlunun rəis təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev News24.az-a açıqlamasında bildirib ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğlunun Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə rəis müavini vəzifəsinə təyin olunması ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir: “Həmin şöbəyə hər hansı təyinat olmayıb”.