"Nüşabə Ələsgərli polisə çağırılmayıb"- BŞBPİ

"Nüşabə Ələsgərli polisə çağırılmayıb"- BŞBPİ
SOSİAL

27-08-2019, 15:44

Mətn ölçüsü

Bakı şəhər Baş Polis İdarəsi müğənni Nüşabə Ələsgərlinin polisə çağırılması barədə yayılan məlumatlara münasibət bildirib.

Baş İdarənin Mətbuat Xidmətinin rəisi polis mayoru Elşad Hacıyev News24.az-a bildirib ki, müğənni Manaf Ağayevin keçmiş kürəkəninin şikayəti əsasında həmkarı Nüşabə Ələsgərlinin Nəsimi rayon Polis İdarəsinə dəvət olunması ilə bağlı yazılan məlumatlar həqiqəti əks etdirmir:

“Bəzi xəbər saytlarında “Nüşabə Ələsgərli "reketlik" edir? - Polisə çağırılan müğənni sərbəst buraxılıb”, sərlövhəli yazı dərc olunub. Həmin şəxslərlə bağlı rayon polis idarəsinə hər hansı müraciət daxil olmayıb, adı çəkilən şəxslərdən heç kim idarəyə dəvət olunmayıb”