Xəbərdarlıq edildi: Hindistan problemlə üzləşəcək - Rusiya S-400-lərinə görə

Xəbərdarlıq edildi: Hindistan problemlə üzləşəcək - Rusiya S-400-lərinə görə Dünya

Hindistan Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə etdiyi halda ABŞ-dan beşinci nəsil F-35 qırıcıları ala bilməyəcək .

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Amerikanın “The National Interest” (TNI) jurnalı yazıb.

Bildirilir ki, ABŞ prezidenti Donald Tramp Hindistana hərbi satışları artırmağa çalışıb. ABŞ rəhbəri gələcək tədarüklərə F-35-lərin də daxil ola biləcəyini istisna etməyib. “Lakin bir problem ola bilər: Hindistan gizli qırıcı ilə uyğun gəlməyən Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini işə salmağa başlayıb, bu barədə Vaşinqton və NATO Dehlini xəbərdar edib”, - nəşr yazır.

Müəllif xatırladıb ki, ABŞ-ın Türkiyəyə F-35-ləri verməkdən imtina etməsinin səbəbi S-400 olub. "Hindistanın S-400-ləri qəbul etməsi Vaşinqtonla münasibətlərini çətinləşdirdi. 2021-ci ilin martında ABŞ-ın o zamankı müdafiə naziri Lloyd Austin Hindistanın müdafiə naziri Rajnath Sinqhi xəbərdar etdi ki, Yeni Dehli Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alsa, pis nəticələrlə üzləşə bilər", - nəşr yazır.