Bakıda maşın 7 yaşlı qızı vuraraq qaçdı
    • 14-08-2018, 15:09
    • 1 201

Bakıda maşın 7 yaşlı qızı vuraraq qaçdı

Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 73 ünvanında qeydə alınıb.

2011-ci il təvəllüdlü Nuray Əfqan qızı Məmmədlini naməlum maşın vuraraq hadisə yerində qaçıb. Yaralı uşağı təcili olaraq yaxınlıqda yerləşən Neyrocərrahiyə Xəstəxanasına çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra 7 yaşlı qızın vəziyyəti stabilləşib. 

Faktla əlaqədar Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırmalara başlanılıb. Hazırda qızcığazı vuraraq hadisə yerindən qaçan avtomobilin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

//Olke.az