ABŞ-ın müttəfiqləri Amerika qoşunlarını Avropadan çıxarmağa hazırlaşır
Dünya
Avropadakı NATO ölkələri ABŞ-ın qitədəki qoşunlarını ixtisar etməyə hazırlaşır.
News24.az xəbər verir ki, NATO-nun Avropa ölkələri qitədəki Amerika hərbçilərinin sayının mümkün azaldılmasına hazırlaşmağa başlayıb.
Mətndə deyilir: "NATO-nun Avropadakı müttəfiqləri alyansın ABŞ qoşunlarının qitədə potensial olaraq çıxarılmasına necə cavab verməsi ilə bağlı özəl hazırlıqlara başlayıblar".
Portalın məlumatına görə, Avropa ABŞ prezidenti Donald Trampın Asiya və ya Yaxın Şərqə göndərilə biləcək 10 mindən 20 minədək insanı geri çəkmək niyyətində olduğuna əmindir. Bu gün Avropadakı Amerika kontingenti təxminən 80 min nəfərdir, material qeyd edir.
Aqil