Artıq Bakıdakı “lyuk”lar adamı daha çox qorxudur... - VİDEO

Artıq Bakıdakı “lyuk”lar adamı daha çox qorxudur... - VİDEO Gündəm

Bakının müxtəlif ərazilərində kanalizasiya “lyuk”larına aid problemlər son günlərdə gündəmə gəlməyə başlayıb. 

News24.az xəbər verir ki, bu dəfə qafqazinfo-ya Səbail və Binəqədi rayonlarından şikayət daxil olub. 

Vətəndaşların göndərdiyi fotolarda kanalizasiya quyularının baxımsız vəziyyətdə olduğunu görmək mümkündür. Bu isə həm vətəndaşların təhlükəsizliyinə ciddi təhdid yaradır, həm də ətraf-mühitin çirklənməsinə gətirib çıxarır.

Səbail rayon sakini bildirib ki, Badamdar qəsəbəsinin 20-ci sahə yolu boyunca yerləşən kanalizasiya quyuları baxımsız vəziyyətdədir: “Lyuk”lar yerindən tərpənib, bəziləri isə tamamilə çöküb. İstəmirik ki, hər hansı bədbəxt hadisə ilə üzləşək”.