Londonda TERROR -avtomobili insanların üzərinə sürdülər
    • 14-08-2018, 15:18
    • 1 072

Londonda TERROR -avtomobili insanların üzərinə sürdülər

Londonda parlament binası qarşısında avtomobilin  çəpərə çırpılması nəticəsində bir neçə piyada yaralanıb.
Hadisə yerli vaxtla saat 07:37-də baş verib.

Britaniya polisi Londonda avtomobilin parlament binasının qarşısındakı çəpərə çırpılmasını terror aktı kimi nəzərdən keçirir.

“Hazırkı mərhələdə biz hadisəni terror hücumu kimi nəzərdən keçiririk, Britaniya polisinin terror əleyhinə bölməsi təhqiqat aparır”, - deyə London polisindən bildiriblər.

Hadisə ilə bağlı saxlanılmış avtomobil sürücüsünü terror aktı törətməkdə şübhəli bilirlər.