Allahşükür Paşazadə Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında iştirak edir

Allahşükür Paşazadə Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında iştirak edir Gündəm

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.

News24.az xəbər verir ki, qanvermə aksiyasında QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri və deputatlar iştirak edir.

Qeyd edək ki, ölkə üzrə ümumilikdə 22 məscid və ziyarətgahda, 15 tibb müəsisəsində qanvermə aksiyası təşkil olunub.