Saqqal, büstqalter, qoyun... HEYRƏTƏ GƏTİRƏN AĞILASIĞMAZ ÖLÜMLƏR - FOTO
    • 28-08-2019, 13:29
    • 848

Saqqal, büstqalter, qoyun... HEYRƏTƏ GƏTİRƏN AĞILASIĞMAZ ÖLÜMLƏR - FOTO

"Ölüm haqqında düşünmək ölümdən də dəhşətlidir".

Sağ olarkən ölüm haqda çox az adam düşür. Eyni zamanda da ölüm insanları ən gözlənilməz anda yaxalayır. News24.az bu dəfə oxucularına ağılagəlməz ölümlərin bir neçəsinin səbəbini təqdim edir:

1. Kanalizasiyadan gələn ölüm

2008-ci ildə kanadalı şəxs itmiş pul kisəsini kanalizasiya dəliyində görüb. Bir neçə dəfə onu çıxarmağa cəhd etsə də buna nail ola bilməyib. Hətta onun bu işinə polis də müdaxilə edib. Evinə yollanan şəxs bir müddət sonra həmin yerə bir daha gələrkən işinə davam edib. Lakin, onun bu cəhdi uğursuz olub. Pul kisəsini xilas etmək istəyərkən onun başı kanalizasiya boşluğunda ilişib. Bir nəçə saatdan sonra onun cəsədi tapılıb. 

2. Dezodoranta görə ölüm
1998-ci ildə İngiltərədə gigiyenasına çox önəm verən 16 yaşlı oğlan ölüb. Onun dezodorant ehtirası və təmiz qoxmaq istəyi o qədər çox olub ki, o, gün ərzində 2 dəfə bundan itifadə edib. Səhhəti pisləşəndən sonra da bu adətinə son verməyən yeniyetmənin ölümündən sonra tibbi ekspertiza zamanı onun zəhərləndiyi bilinib. Oğlanın qanında butan və propan qədərindən 10 dəfə artıq olub. 

3. Saqqal ölüm gətirdi
XVI əsrin ortalarında uzun saqqala sahib olan bir nəfərin ağılasığmaz ölümü qeydə alınıb. Avstriyalı Hans yaşadığı kənddə yanğın baş verdiyi üçün, sakinlərlə birgə oradan qaçmaq istəyib. Həmin vaxt onun bir metr yarımlıq saqqalı ayağının altında qalıb və onun boynu sınıb. 

4. Qoyunlar həm də öldürür
1999-cu ildə ingiltərəli Betti Stobbsun ac qoyunlarla qarşılaşması ona həyatı bahasına başa gəlib. Maşının qoşqusuna yığdığı samanla qoyunları yedirmək istəyən qadın onların hücumuna məruz qalıb. Həmin vaxt qadın daş karxanasına yıxılıb. Onun sağ qalmaq şansını isə üstündən keçən avtomobil sıfıra endirib. 

5. Büstqalter...
1999-cu il daha iki ingiltərəli qadının da faciəvi ölümü ilə yadda qalıb. Rəfiqələrin aldıqları büstqalterin iplərinin dəmirdən olması həyatlarına son qoyub. Parkda gəzən zaman başlayan leysandan qorunmaq üçün ağacın altında gizlənən xanımların cəsədi 15 saat sonra aşkarlanıb. Onların ölümünə səbəb isə ağacı vuran ildırım olub. Belə ki, həmin vaxt ildırım onların büstqalterindəki dəmirlər vasitəsi ilə bədənlərinə keçib. 

6. Video oyunlara görə...
2005-ci ildə Cənubi Koreyadan olan şəxs “Starcraft” oyununu internet klubda 50 saat dayanmadan oynayıb. Səhhəti ağırlaşan şəxsi xəstəxanaya çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər ölüm səbəbini həddindən artıq yorğunluğa görə ürək dayanması ilə izah ediblər. 

7. Ölümcül maraq
Xoşimina şəhərində vyetnamlılardan ibarət kütlə intihar etmək istəyən qızı izləmək üçün körpüyə toplaşıb. 50 dən çox adamın toplaşdığı körpü ağırlığa tab gətiməyərək çöküb. 9 nəfərin öldüyü hadisə zamanı intihar etmək istəyən qız sağ qalıb. 

8. Maye ölüm gətirdi
İçki istəyən kanadalı şəxs süd və benzindən ibarət kokteyl hazırlayıb. Onu içdikdən sonra ürəyi bulanan şəxs otaqda olan və həmin an yanan kamenin üzərinə qusub. Nəticədə kamen partlayıb. Yanğın nəticəsində ev kül olub. Hadisəni törədən və onun bacısı yanaraq ölüb.