Bankomat qarşısında növbəyə dayananlar HƏBS OLUNUR
    • 28-08-2019, 14:06
    • 1 024

Bankomat qarşısında növbəyə dayananlar HƏBS OLUNUR

Bankomat qarşısında növbəyə dayananlar həbs olunub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Türkmənistanda yaşanır. Lebap bölgəsində kartlarındakı vəsaiti nağdlaşdırmaq istəyən şəxslər polis tərəfindən saxlanılır, izahatları alındıqdan sonra sərbəst buraxılırlar. Həmçinin dövlət idarələrində uzun növbələr yatarmamaqla bağlı iclaslar da keçirilir. Ölkədə gün ərzində 57 dollar (200 manat) nağdlaşdırmağa icazə verilir. 

Qeyd edək ki, Türmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 19-u bankomant qarşısında növbəyə duranları tənqid edib və mərkəzi bankın rəhbərini bankomatların fəaliyyətinin həmçinin onlara nəzarətin zəifləməsində günahlandırıb.