Gəncədə 18 yaşlı gənc bıçaqlandı

Gəncədə 18 yaşlı gənc bıçaqlandı Hadisə

08.07.2025-ci il tarixində saat 00:10 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Ona döş qəfəsinin ön nahiyəsinin və sağ baldırın deşilmiş yarası diaqnozları təyin edilib.

Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.