Qəzzada atəşkəs danışıqları uzana - BİLƏR

Qəzzada atəşkəs danışıqları uzana - BİLƏR Dünya

İsrail və Fələstin HƏMAS hərəkatı Qətərdə Qəzza zolağında atəşkəs danışıqlarında fikir ayrılıqlarını aradan qaldıra bilər, lakin razılığın əldə edilməsi bir neçə gündən çox vaxt aparacaq.

News24.az xəbər verir ki, bu barədə  İsrail rəsmiləri məlumat verib.

ABŞ, Qətər və Misirin dağılmış Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq üçün yeni cəhdi, bazar günü tərəflərin Dohada dolayı danışıqlara başlaması və İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtona getməsi ilə sürətlənib.

Netanyahu bazar ertəsi ABŞ prezidenti Donald Trampla görüşüb və əvvəlki gün atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın bu həftə başlaya biləcəyini söyləyib.

Aqil