Bakı israillilərin ən çox səfər etdiyi 10 ŞƏHƏRDƏN BİRİ OLDU
    • 29-08-2019, 10:35
    • 1 691

Bakı israillilərin ən çox səfər etdiyi 10 ŞƏHƏRDƏN BİRİ OLDU

Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhər siyahısında yer alıb.

News24.az
-ın məlumatına görə, Dövlət Turizm Agentliyi bu barədə məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti “Ynet” ölkənin “Amadeus” şirkətinə istinadən açıqlayıb.

Məlumata görə, İsrail vətəndaşlarının 2019-ci ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb.
Bakı 2018-ci ilə nisbətdə 29% artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşıb.
İlk 10-luğa, həmçinin Rusiyanın, Gürcüstanın, Bolqarıstanın, Kiprin və Yunanıstanın şəhərləri də daxil olub.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu 2019-cu ilin əvvəlindən etibarən israilli turistləri hədəfləyən kampaniya həyata keçirir.