Qurumdan Google-a - CƏRİMƏ

Qurumdan Google-a - CƏRİMƏ Dünya

Türkiyə Rəqabət Qurumu, öhdəlikləri pozduğu üçün Google-a təxminən 355 milyon TL cərimə kəsib. 

News24.az Milliyet-ə istinadən xəbər verir ki, 2021-ci ildə verilən qərarda, Google-un axtarış nəticələrində öz xidmətlərini rəqiblərindən üstün göstərdiyi müəyyən edilib və şirkətə 296 milyon TL cərimə tətbiq olunub. 

Yeni dizayn təqdim etməsi tələb olunan Google, “İşletme Reklamları” adı altında eyni funksiyalı yeni dizaynı istifadəyə verib. Bu səbəbdən, tətbiqdə olduğu müddət ərzində şirkətə gündəlik cərimə də tətbiq olunub.


Xeyrənsə Piriyeva