Ağ evdən sərt hücum: - Tramp təzyiqi artırır

Ağ evdən sərt hücum: - Tramp təzyiqi artırır Dünya

ABŞ Prezidenti Donald Tramp və administrasiyası Federal Ehtiyat Sistemi (Fed) sədri Cerom Powell-a qarşı hücumlarını gücləndirib. Tramp Powell-ı inflyasiya ilə mübarizədə gecikməkdə və faiz dərəcələrini vaxtında endirməməkdə ittiham edib.

Bu barədə News24.az CNN-ə istinadən xəbər verir. 

OMB direktoru Rassel Vout Powell-ı 2.5 milyard dollarlıq Fed qərargahının yenidənqurması ilə bağlı qanunları pozmaqda və Konqresə yalan danışmaqda ittiham edib.

Tramp, Powell-ı “çox gec” ləqəbi ilə adlandırır və onun istefasını tələb edib. Eyni zamanda, Tramp hökumətə aid planlaşdırma komissiyasının üzvlərini dəyişərək Powell-ə sadiq olmayan şəxslərlə əvəz edib.

Bəzi analitiklərə görə, bu addımlar Powell-ı vəzifədən uzaqlaşdırmaq üçün təzyiq yaratmaq məqsədi daşıyır. Lakin Powell istefa verməyəcəyini bildirib və Fed-in əsas məqsədinin inflyasiyanı cilovlamaq olduğunu vurğulayıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, Powell-in siyasi təzyiqlə vəzifədən uzaqlaşdırılması bazarların etimadını sarsıda və faizlərin daha da artmasına səbəb ola bilər.

Xeyrənsə Piriyeva