Bu marka marketlərdən geri çağırılır: - Böyük səhv!
Dünya
ABŞ-da məşhur qəlyanaltı markası olan "Ritz"in bəzi fıstıq yağı ilə doldurulmuş krakerləri səhv etiketlənmə səbəbindən ölkə üzrə təcili olaraq geri çağırılıb.
News24.az xəbər verir ki, məhsulların üzərində "pendirlə doldurulmuş" yazılsa da, içərisində əslində fıstıq yağı olub.
Bu hal fıstıq allergiyası olan şəxslər üçün ciddi təhlükə yaradır. ABŞ Qida və Dərman İdarəsi (FDA) fıstıq allergiyasının anafilaksiya da daxil olmaqla, həyati təhlükəli reaksiyalara səbəb ola biləcəyini xatırladıb.i
Hazırkı vaxta qədər heç bir sağlamlıq problemi qeydə alınmayıb. Mondelez şirkəti geri çağırmanın ehtiyat tədbiri olduğunu və problemə səbəb olan qablaşdırma səhvinin təchizatçı tərəfindən edildiyini, məsələ ilə bağlı düzəlişlərin görüldüyünü bildirib.
Aqil