6 uşaq anası Ancelina Coli Suriyadan övladlığa uşaq götürür — FOTOLAR
    • 4-07-2018, 17:29
    • 1 623

6 uşaq anası Ancelina Coli Suriyadan övladlığa uşaq götürür — FOTOLAR

Hollivud ulduzu Ancelina Coli suriyalı bir uşağı övladlığa götürəcəyini bildirib.


Coli bir neçə gün əvvəl suriyalı miqrantların düşərgəsinə baş çəkib.


Ancelina keçmiş əri Bred Pit ilə Kamboca, Vyetnam və Efiopiyadan övladlığa uşaq götürmüşdü. Yaxınları bildirir ki, aktrisa bir neçə ildir ki, övladlığa uşaq götürmək istəyir. Bir sıra ölkəni araşdırdıqdan sonra Ancelina Suriyadan uşaq götürmək barədə qərara gəlib.

Bildirilir ki, qanuni prosedur başa çatdıqdan sonra Ancelina Coli məsələ ilə bağlı mətbuata açıqlama verəcək.

“Ölkə.Az”