Lavrov: Putin və Kim Çen In daimi təmasdadır

Lavrov: Putin və Kim Çen In daimi təmasdadır Siyasət

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In daimi təmasdadırlar, şəxsi görüşlərin davamı da planlaşdırılır.

News24.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreya xarici işlər naziri Çoi Son Xi ilə Vonsanda keçirdiyi danışıqlardan sonra mətbuat konfransında bildirib.

S.Lavrov vurğulayıb ki, iki lider arasında əlaqələr sıx və sabit şəkildə davam edir.