Gənclər 3 yaşında verdikləri sözü 27 il sonra reallaşdırdı

Gənclər 3 yaşında verdikləri sözü 27 il sonra reallaşdırdı Maraqlı

Türkiyənin Aydın vilayətində illər öncə tanış olmuş iki gənc uşaqlıq arzularını gerçəkləşdirərək ailə qurub.

News24.az BiG.AZ-a istinadən xəbər verir ki, toy mərasimində cütlük sevgilərinin hələ üç yaşlarında başladığını bildirib. Onlar 27 il sonra arzularına qovuşublar. Cütlüyün uşaqlıqda çəkilən fotosu isə toyda qonaqların və sosial media izləyicilərinin marağına səbəb olub.

Gəlin və bəyin valideynləri illərdir dost olduqlarını və bu toyun onlar üçün də çox duyğusal anlar yaşatdığını bildiriblər.