Tanınmış oyuncaq markası 29 mağazasını - BAĞLADI

Tanınmış oyuncaq markası 29 mağazasını - BAĞLADI Dünya

İngiltərənin 265 illik məşhur oyuncaqlar mağazası Hamleys, maliyyə çətinlikləri səbəbilə ölkə daxilində 29 mağazasını bağlayıb və 34 işçini ixtisar edib. Hazırda şirkətin işçi sayı 435-dən 401-ə düşüb.

2023-cü ildə də 40 mağazanı bağlayan Hamleys, buna baxmayaraq bu il 22 yeni mağaza açıb. İndi İngiltərədə 11, xaricdə isə 90-dan çox mağazası var.

Şirkət bildirib ki, mağazaların bağlanmasına baxmayaraq, franchiselər və yeni bazarlara genişlənmə sayəsində ümumilikdə güclü bir il keçirdilər və gələcəyə nikbin baxırlar.

Xeyrənsə Piriyeva