Azərbaycanlı qadın hərbçi Ukraynada həlak oldu

Azərbaycanlı qadın hərbçi Ukraynada həlak oldu Hadisə


Azərbaycan əsilli hərbi qulluqçu Ukraynada şəhid olub.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynada yaşayan soydaşımız Anar Natiqoğlu sosial mediada paylaşım edib.

O bildirib ki,1982-ci il təvəllüdlü, A2167 saylı hərbi hissənin mexanikləşdirilmiş batalyonunun tibb məntəqəsinin sanitar təlimatçısı Mehdiyeva Əminə Əli qızı döyüş tapşırığı yerinə yetirərkən iyulun 9-da Dnepropetrovsk vilayətinin Sinelnıki rayonunun Novopavlivka qəsəbəsi ərazisində həlak olub.