Salyanda avtomobil kanala düşdü: ölənlər var
Hadisə
Salyanda avtomobilin su kanalına aşması nəticəsində üç nəfər ölüb.
Axar.az xəbər verir ki, hadisə Parça Xələc kəndində qeydə alınıb.
Rayonun Seyidan kəndindən Gəncəli kəndinə doğru hərəkətdə olan QAZ-31 markalı avtomobil yolun kənarındakı su kollektoruna düşüb.
Qəza nəticəsində Gəncəli kənd sakinləri 1971-ci il təvəllüdlü Qafarov Sərraf Abbasağa oğlu, 1989-cu il təvəllüdlü Dəmirov Camal Mürşüd oğlu və 1987-ci il təvəllüdlü Həsənov Ramiq Vahil oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.