İlin ən yaxşı UFC döyüşçüsü seçildi

İlin ən yaxşı UFC döyüşçüsü seçildi İdman


ESPY tərəfindən ilin ən yaxşı UFC döyüşçüsü seçilib.

Teleqraf xəbər verir ki, bu ada Merab Dvalişvili layiq görülüb.

Gürcüstanlı döyüşçü İslam Mahaçev, Drikus dü Plessi və Kayla Harrisonu qabaqlayıb.

Dvalişvili 2024-cü ilin sentyabrında Şon O'Malliyə qalib gələrək UFC çempionu titulunu qazanıb. O, daha sonra bu ilin yanvarında Umar Nurməhəmmədovla və iyununda Şon O'Malli ilə revanşda görüşündə kəmərini qoruyub.

Qeyd edək ki, Merab Dvalişvili MMA karyerasında keçirdiyi 24 döyüşün 20-də qələbə qazanıb.