Bütün ölkəni əhatə edəcək! - rekord istilər gəlir__NEWL__

Bütün ölkəni əhatə edəcək! - rekord istilər gəlir__NEWL__ Sosial

Türkiyə Ətraf Mühit və Meteorologiya İdarəsi yeni həftə üçün ciddi istilər barədə xəbərdarlıq edib. Havanın temperaturu bu həftə ölkə üzrə mövsüm normlarını aşacaq.

 News24.az xəbər verir ki, Güneydoğu bölgəsində istilər rekord səviyyəyə çatacaq – Diyarbakırda 45, Qaziantepdə 43 dərəcə gözlənilir. Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliyi olanlara 11:00–16:00 arası çölə çıxmamaq tövsiyə olunur.

Qərb bölgələrində isə çərşənbə günündən etibarən temperatur kəskin artacaq. Marmara və Egey bölgələrində hiss ediləcək dərəcədə istilər gözlənilir.

Qara dənizdə lokal yağış və ildırım, Marmara və Şimali Egey sahillərində güclü külək gözlənilir. Sahil ərazilərdə olanlar ehtiyatlı olmalıdır.

Xeyrənsə Piriyeva