Dağıstanda sudan zəhərlənənlərin sayı durmadan artır

Dağıstanda sudan zəhərlənənlərin sayı durmadan artır Hadisə

Dağıstan Respublikasında sudan zəhərlənənlərin sayı 450 nəfərə çatıb.

News24.az Trend-ə istinadən xəbər verir ki, zərərçəkənlərin sayının kəskin artımı barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidməti rəsmi “Telegram” kanalında məlumat yayıb.

Bundan əvvəl bölgədə zəhərlənmə ilə əlaqədar 372 nəfər xəstəxanalıq olmuşdu.

“Ümumilikdə 450 bağırsaq infeksiyasına yoluxma halı qeydə alınıb, onlardan 422-i uşaqlar təşkil edir. Xəstəliyin ağırlaşmış halı olmayıb. Həkimlər pasiyentlərin ən tez zamanda sağalmaları üçün əllərindən gələni edirlər”, - deyə məlumatda qeyd olunur.