Sürücüləri maraqlandıran xəbər: - son qiymətlər belədir

Sürücüləri maraqlandıran xəbər: - son qiymətlər belədir İqtisadiyyat

Beynəlxalq bazarda bir həftə ərzində həm Brent, həm də WTI növ yanacaq qiymətləri artıb. Xüsusilə, son ticarət nəticələrinə əsasən, bir barel Brent növ neftin qiyməti 70.36 dollar (+2.51%) olub, Amerika xam neftinin dəyəri isə 68.36 dollardır (+2.82%).

News24.az aktual.ge-ya istinadla xəbər verir ki, beynəlxalq bazarda neftin qiymətinin artması fonunda Gürcüstanda da iyun ayının sonunda yanacağın qiymətində artım müşahidə olunub. Bu, qlobal bazarlarda Yaxın Şərqdə davam edən münaqişənin təsiri ilə xam neftin qiymətinin yüksəlməsi ilə əlaqədardır. Nəticə olaraq, Gürcüstanda yanacağın qiyməti 5-10 tetri (qəpik) arasında bahalaşıb. Artım 23 iyundan etibarən brend yanacaqdoldurma məntəqələrində mərhələli şəkildə öz əksini tapmağa başlayıb.

Bununla belə, son bir həftə ərzində Gürcüstanda yanacaq qiymətləri dəyişməz qalıb. Aktual.ge hazırda müxtəlif brend yanacaqdoldurma məntəqələrində yanacağın qiymətlərini təqdim edir:

Gulf:

G-Force Super – 3.47 lari

G-Force Premium – 3.07 lari

G-Force Euro Regular – 2.97 lari

Euro Regular – 2.87 lari

G-Force Euro Dizel – 3.03 lari

Euro Dizel – 2.93 lari

Wissol:

Eko Super – 3.45 lari

Eko Premium – 3.03 lari

Eko Dizel – 2.98 lari

Euro Dizel – 2.90 lari

Euro Regular – 2.85 lari

Dizel Energy – 2.85 lari

Socar:

Nano Super – 3.45 lari

Nano Premium – 3.05 lari

Nano Euro Regular – 2.85 lari

Euro 5 Dizel – 2.87 lari

Nano Euro 5 Dizel – 2.99 lari

Rompetrol:

Efix Super – 3.49 lari

Efix Euro Premium – 3.09 lari

Euro Regular – 2.87 lari

Efix Euro Dizel – 3.06 lari

Euro Dizel – 2.99 lari

Portal:

Super – 2.99 lari

Premium – 2.74 lari

Euro Regular – 2.54 lari

Euro Dizel – 2.74 lari

Effektiv Dizel – 2.54 lari