Yumurtanın qiyməti - ARTDI
Son iki həftədir yumurta qiymətləri artım tendensiyasına girib.
News24.az bildirir ki, Türkiyənin əsas istehsal mərkəzlərindən olan Afyon və Kayseridə bu həftə də topdansatış yumurta qiymətləri artıb.
Ötən həftə 40 ilə 70 kuruş arasında artım göstərən qiymətlərə bu həftə də orta hesabla 10 kuruşluq əlavə artım edilib.
"Ekonomim"dən Veysel Ağdarın xəbərinə görə, sektor nümayəndələri qiymətlərdəki artımı tələbin yüksəlməsi ilə əlaqələndirir. Afyonda yumurtanın topdansatış qiyməti 3,90 TL-dən 4,00 TL-yə qalxıb. Kayseridə isə eyni məhsulun qiyməti 3,75 TL-dən 3,85 TL-yə yüksəlib.
İstehsal bölgələrindəki bu qiymət artımının yaxın günlərdə pərakəndə satışlara da əks olunması gözlənilir.