Yaşlanmanı sürətləndirən - 9 əsas amil

Yaşlanmanı sürətləndirən - 9 əsas amil Sağlamlıq

Elmi “Nature” jurnalında yayımlanan araşdırmaya görə, yoxsulluq kimi sosial bərabərsizliklər və demokratik institutların çökməsi kimi siyasi problemlər insanlarda sürətli yaşlanmaya səbəb olur. Bu hallar insanların düzgün qidalanmamasına, tibbi və sosial xidmətlərdən yararlana bilməməsinə gətirib çıxarır.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.

Araşdırmada yaşlanmanı sürətləndirən digər amillər bunlardır:

Yüksək qan təzyiqi

Eşitmə itkisi

Ürək xəstəlikləri

Piylənmə

Alkoqol istifadəsi

Yuxu problemləri

Şəkərli diabet

Görmə pozğunluğu

Ən sürətli yaşlanmanın Misir və Cənubi Afrikada, ən yavaş yaşlanmanın isə Avropada müşahidə edildiyi qeyd olunub.

Gənclik “dərmanı”: Təhsil

Mütəxəssislər bildirirlər ki, insanı sürətli yaşlanmadan qoruyan ən vacib amillərdən biri təhsildir. Təhsil insanın maariflənməsini təmin edir, sağlamlığına daha çox diqqət yetirməsinə və tibbi xidmətlərdən daha səmərəli yararlanmasına imkan yaradır.

Həmçinin, gündəlik həyat fəaliyyətlərini yerinə yetirə bilmək, sağlam düşüncə qabiliyyəti, yaxşı yaddaş, fiziki aktivlik və rahat yerimək də yaşlanmanı ləngidən faktorlardır.

 Xeyrənsə Piriyeva