Bakının bu ərazisində binalar söküləcək – Ünvanlar

Bakının bu ərazisində binalar söküləcək – Ünvanlar Sosial

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Baş Layihə İnstitutu “Azərdövlətlayihə” ilə müqavilə bağlayıb.

News24.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 10 823 manatdır.

Bakı şəhəri Xətai rayonu, Oksigen küçəsi, ev 1 və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binanın söküntü işləri ilə bağlıdır.