Azərbaycanda metro 24 saat işləyə bilərmi?
    • 30-08-2019, 16:37
    • 1 315

Azərbaycanda metro 24 saat işləyə bilərmi?

«Azərbaycanda metrostansiyaların 24 saat işləməsi hələ ki gözlənilmir».

Bunu  News24.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, qatarlar texniki qulluq tələb etdiyinə görə, bu gün 24 saat işlədilməsi real deyil: «Az sayda ölkədə ola bilər, burda da bütün saatlarda işləmir. Sərnişinlərin aktiv, işə getdiyi vaxtda onlara xidmət edirik, gecə növbəsində isə müvafiq planlaşdırılmış işlər görülür ki, sərnişinlərin təhlükəsizliyi maksuimum qaydada təmin olunsun. Hələlik bundan danışmaq olmaz. Potsovet ölkələrində, dünyanın əksər ölkələrində limitlə işləyirlər. Daimi limitlə işləyən metrostansilayarların sayı məhduddur. Mən yalnız Nyu-Yorkda fasiləsiz işləyən metronun olduğunu bilirəm». 

Qeydb edək ki, Türkiyənin İstanbul şəhərində 6 metro stansiya avqustun 30-dan etibarən 24 saat fəaliyyət göstərəcək. Bu barədə İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlu məlumat verib. İmamoğlu bildirib ki, saat 00:30-05:30 arasında sərnişinlərdən iki biletin haqqı alınacaq.

Afaq Mirayiq