Paşinyan İrəvandakı "Artsax" binasını bağlayır

Paşinyan İrəvandakı "Artsax" binasını bağlayır Siyasət

Ermənistan Baş Prokurorluğu ləğv olunmuş separatçı rejimin İrəvan şəhəri, N.Zaryan küçəsi, 17 A ünvanında yerləşən binaya mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının etibarsız sayılmasını tələb edib. 

News24.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, Paşinyan "Artsax" nümayəndəliyinin binasının payıza qədər tərk edilməsini əmr edib: "Paşinyan bina ilə bağlı məhkəmə işlərinin sürətləndirilməsini əmr edib ki, bina payıza qədər boşaldıla bilsin. O, mətbuat konfransında bildirib ki, bu, Ermənistana məxsus olan mülkdür".