“Bir-birimizin ayağının altını qazırıq”

“Bir-birimizin ayağının altını qazırıq” Şou

Bineyi-qədimdən bir-birimizin ayağının altını qazmışıq”.

News24.az yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri Zemfira İbrahimova “Bir gün” verilişində deyib.

O, sənət adamları arasında həmrəyliyin olmamasından danışaraq təəssüflənib:

“Bir damcı ayağımız büdrəyən kimi dünya-aləm, hamı, bütün sənət cameəsi tökülür onun üstünə. Demir e, bu da bizə aid olan bir müğənnidir, xanəndədir, aktrisadır, klarnet ifaçısıdır… Bineyi-qədimdən bir-birimizin ayağının altını qazmışıq. Paxıllıq, qısqanclıq çox güclüdür, sənət aləmində həmrəylik yoxdur. Bu, düzgün deyil, çünki hamımız bir qazandan çörək yeyirik. Yediyimiz çörəyə hörmət etməliyik”.