İranlı valilərin erotik görüntüləri internetdə yayıldı, ölkədə qalmaqal - Video
    • 30-08-2019, 23:07
    • 3 623

İranlı valilərin erotik görüntüləri internetdə yayıldı, ölkədə qalmaqal - Video

İranın iki əyalət valisinin sevgililəri ilə cinsi münasibətdə olarkən çəkilmiş videosunun internetdə yayılması ölkədə qalmaqala səbəb olub.


News24.azTürkiyə KİV-nə istinadən xəbər verir ki, əvvəlcə avqustun 4-də Kohqiluye və Boyer-Əhməd əyalətinin keçmiş valisi Əli Məhəmməd Əhmədinin bir qadınla görüntüsü yayılıb. Daha sonra isə avqustun 9-da Sadra valisi Abbas Məlikzadənin qadınla sevişmə görüntüləri internetə sızdırılıb. Hər iki videonun Məlikzadə tərəfindən çəkildiyi ehtimal edilir. Üstəlik, görüntülərin Məlikzadənin korrupsiya ittihamı ilə həbsindən 4 gün sonra paylaşılması şübhələri daha da artırıb.


İranın etibarlı mənbələrinin bildirdiyinə görə, Əli Məhəmməd Əhmədi ölkəsi əleyhinə açıqlamalar verməsi üçün xarici kəşfiyyat agentlərindən biri tərəfindən Kanadaya aparılmalı imiş. Ancaq Əhmədi bunu qəbul etmədiyindən video internetdə yayılıb.


Görüntülərdəki qadının Əhmədinin həyat yoldaşı olduğu da iddialar sırasındadır.