Ekran istifadəsi göz quruluğuna - SƏBƏB OLUR

Ekran istifadəsi göz quruluğuna - SƏBƏB OLUR Sağlamlıq

Telefon və kompüter istifadəsinin artması göz sağlamlığını təhdid edir. İstanbul Universitetindən Dr. Semih Çakmak, uzun müddət ekrana baxmağın göz quruluğuna səbəb olduğunu bildirib. Bu hal yanma, qızartı və batma hissi ilə özünü göstərir.

Op. Dr. Gülay Çakır göz quruluğunun əsas səbəblərini gözyaşının az ifrazı, sürətlə buxarlanması və hər ikisinin birgə təsiri ilə izah edir. O, hər 20 dəqiqədən bir 20 saniyəlik göz fasiləsi verməyi və tez-tez göz qırpmağı tövsiyə edir.

Mütəxəssislər bol su içməyi, süni gözyaşı damlaları və UV-dən qoruyan eynəklərdən istifadəni məsləhət görür. Şiddətli hallarda xüsusi müalicə və həkim nəzarəti vacibdir.


Xeyrənsə Piriyeva