İki türk aktrisa dünya gözəllik zirvəsində - – Hollivudu geridə qoydular
Şou
Netizens Choice Magazine tərəfindən hər il keçirilən "Yaşayan Ən Gözəl Qadınlar" siyahısında türk aktrisalar böyük uğur qazandı. Milyonlarla insanın iştirak etdiyi 2025-ci il sorğusunda, "Kızılcık Şerbeti" serialının ulduzu birinci yerə yüksəldi.
News24.az xəbər verir ki, Türkiyəni təmsil edən Hande Erçel, Su Burcu Yazgı Coşkun və Cemre Arda kimi gənc ulduzların siyahıya daxil olması, onların qlobal miqyasda nə qədər təsirli olduğunu bir daha göstərdi. Sosial mediada da böyük marağa səbəb olan bu nəticələr, türk sənətçilərinin beynəlxalq nüfuzunu artırmağa davam edir.
Xeyrənsə Piriyeva