Sərdar Ortaçdan üzücü etiraf: Cəmi bu qədər ömrüm qalıb
Dünya
Türkiyəli müğənni Sərdar Ortaçın səhhəti ilə bağlı verdiyi son açıqlaması pərəstişkarlarını sarsıdıb.
News24.az publika.az-a istinadən xəbər verir ki, uzun illərdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan müğənni həyatla bağlı ümidsiz fikirlərini bölüşüb.
“Ya 10-15 il ömrüm qalıb, ya da heç. Övladım da yoxdur onsuz, pulum da. Mirasımı işçilərimə buraxıram. Bir evim var, onu bölüşdürsünlər. Qalan zamanım bəlli deyil”, - Ortaç sosial media hesabında yazıb.
İzləyiciləri sənətçiyə dəstək mesajları yazaraq onun tezliklə əvvəlki ruh halına qayıtmasını arzulayıblar.