İrana gizli yollarla texnika göndərmək istədi – Həbs olundu

İrana gizli yollarla texnika göndərmək istədi – Həbs olundu Gündəm

ABŞ Ədliyyə Departamenti İran sanksiyalarını pozmaqda təqsirləndirilən Livan vətəndaşı Brahim (Brayan) Asiyə 44 ay həbs cəzası verib.

News24.az xəbər verir ki, 63 yaşlı Asi “İrana qanunsuz mal ixracı”, “çirkli pulların yuyulması” və “sanksiyalardan yayınmaq məqsədilə ABŞ qanunlarını pozmağa cəhd” kimi ittihamlarla məsuliyyətə cəlb olunub.

Məhkəmə sənədlərində qeyd olunub ki, Asi ABŞ-dakı bir şirkət vasitəsilə beynəlxalq avadanlıq istehsalçısının Yaxın Şərq nümayəndəsi kimi çıxış edib və Tehrandakı SAP-İran şirkəti ilə əlbir olaraq lisenziyasız texniki avadanlıqların İrana göndərilməsinə cəhd göstərib.

O, bu fəaliyyətini gizlətmək məqsədilə alıcı kimi İraq və Türkiyə şirkətlərini göstərib, halbuki son məqsəd İran olub. Bu sxem çərçivəsində təxminən 2,7 milyon dollar məbləğində maliyyə əməliyyatı həyata keçirilib.

Aqil